Meqaşokoladlı ikirəngli keks resepti - FOTO RESEPT

Meqaşokoladlı ikirəngli keks resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 6
Tərkibi (4-6 pay): 

şokoladlı xəmir: 


70 q un

100 q kərə yağı

100 q şəkər tozu

2 yumurta

0,5 ç.q. qabartma tozu

280 q tünd şokolad 

 

bəyaz xəmir: 

120 q un

120 q kərə yağı

100 q şəkər tozu

2 yumurta

0,5 ç.q. qabartma tozu

50 ml süd

 

əlavə

0,5 ç.q. bitki yağı

 

Hazırlanması

Tünd şokoladı su hamamında əridin. Otaq temperaturunda
olan kərə yağı və şəkər tozunu əlavə edib mikserlə çalın. Çalmağı
dayandırmadan yumurtaları bir-bir əlavə edin. Qabartma tozu ilə birlikdə
ələnmiş un da əlavə edib bir qədər də çalın (eynicinsli kütlə
alınanadək).

Keks üçün düzbucaqlı formanı (24x9,5 sm) bitki yağı
ilə yağlayın. Şokoladlı xəmiri içinə qoyub hamarlayın. 180 dərəcə
qızdırılmış sobada 15 dəqiqə bişirin. 

Bu müddətdə bəyaz xəmiri hazırlayın. Şəkər tozu və
otaq temperaturunda olan kərə yağını mikserlə çalın. Çalmağı
dayandırmadan yumurtaları bir-bir əlavə edin. Qabartma tozu ilə birlikdə
ələnmiş un, süd qatıb eynicinsli kütlə alınanadək çalın. Formanı
sobadan çıxarıb bəyaz xəmiri şokoladlı biskvitin üzərinə töküb
hamarlayın. 

160 dərəcə qızdırılmış sobada təxminən 50 dəqiqə
bişirin (bu müddət sobanın keyfiyyətlərindən asılıdır). Hazır
olub-olmadığını kibrit çöpü ilə yoxlayın. 

Keksi soyutduqdan sonra süfrəyə verin. 



















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!