Şokoladlı bulkalar yarım saata resepti

Şokoladlı bulkalar yarım saata resepti
Şirniyyat və Tortlar
10.09.2017 30
Tərkibi:

un - 300 qr.

qabartma tozu - 2 çay qaşığı

soda - 1 çay qaşığı

duz - 1/2 çay qaşığı

şəkər tozu - 2 xörək qaşığı

soyudulmuş və doğranmış kərə yağı - 75 qr.

soyuq süd - 150 ml.

acı şokolad (60%) - zövqə görə

yumurta - 1 ədəd (üzərinə çəkmək üçün çalmaq)



Hazırlanması:

Sobanı 210 C-ə kimi qızdırın, formaya kağız çəkin.

Unu iri qabda qabartma tozu, soda, duz və şəkər tozu ilə qarışdırın.
Əlinizlə yağı unlu qatışıqda ovun. Süd əlavə edib xəmir yoğurun. Un
ələnmiş lövhədə yoğurub 3 mm qalınlıqda dördbucaqlı formada yayın.

Dördbucaqlını 12 bərabər hissəyə bölüb hər birinə zövqə görə şokolad dilimləri qoyun.

Şokoladı xəmirə bürüyüb uclarını azca sıxın ki, yapışsın. Bulkaları
formaya düzüb hər birinin üstünə çalınmış yumurta çəkin. 15-20 dəqiqə,
qızarana kimi bişirin. Süfrəyə kofe və ya südlə verilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!