Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 11
Bu sadə piroqu duzlu və ya şirin içlə də etmək olar. İçsiz, duzlu olarsa, çörək, şirin olarsa, bulka kimi olacaq.



Tərkibi (10 pay):

500 q un

100 ml qatıq

160 ml süd (150 ml - xəmirə, 10 ml üzərinə)

1 yumurta

1 yumurtanın sarısı (üzərinə)

130 q kərə yağı (xəmirə 50 q, arasına 80 q)

80 q şəkər tozu

1 ç.q. duz

1,5 ç.q. quru maya

2 x.q. küncüt (yaxud kətan, küncüt və günəbaxan tumu qarışığı)

1 ç.q. bitki yağı (formanı yağlamaq üçün)

 

Hazırlanması:

Əgər şirin piroq hazırlamayacaqsınızsa göstərilən şəkər miqdarını azaldın (1-1,5 x.q.). 



Xəmiryoğuranın qabına isti südlə qatığı, ələnmiş unu, quru mayanı,
yumurta, yumşaldılmış yağ, duz, şəkər tozunu qoyub "xəmir" rejimini
qoşun. Xəmiryoğuranınız yoxdursa, adi qaydada göstərilən ərzaqdan xəmir
yoğurun. Xəmiri isti yerdə həcmi 2-3 dəfə artanadək saxlayın.



Gəlmiş xəmiri 6 bərabər hissəyə bölün. Bir kündəni 4-5 mm qalınlıqda
yumru yayın. Üzərinə yumşaldılmış kərə yağı çəkin. İkinci kündəni yayıb
birincinin üzərinə qoyun. Onun da üzərinə yumşaldılmış yağ çəkin. Bu
qayda ilə bütün kündələri yayıb arasına yağ çəkməklə üst-üstə düzün.
Sonuncu yaydığınız xəmirin üzərinə yağ çəkməyin. Üzərinə qida plyonkası
çəkib təxminən 15 dəqiqə saxlayın.



Xəmiri 1 sm qalınlıqda yayın. 1 sm enində şəridlərə doğrayın. Sonra bu şəridləri kubiklərə doğrayın.



Dairəvi formanı (d=25 sm) bitki yağı ilə yağlayın. Xəmir kubiklərini
içinə düzün (Əyri-üyrü alınanları yanları və dibinə, daha qəşənglərini,
hamar kənarlıları üzərinə düzün).



Formanın üzərinə plyonka çəkib piroqun iki dəfə şişməsini gözləyin.



Yumurta sarısını südlə çalın. Səliqəylə piroqun üzərinə çəkin (basmamaq
şərtilə). Üzərinə küncüt səpin. 200 dərəcə qızdırılmış sobada 25-28
dəqiqə bişirin.



Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT

Kubik piroqu resepti - FOTO RESEPT



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!