Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 7
Bu bulkaların üzəri cadar-cadar olur və heyvan
dərisini xatırladır. Buna görə də onları "pələng çörəyi" - tiger bread
adlandırırlar. Amma daha çox bəbir, yaxud da zürafə dərisini xatırladır.
Bulkaların üzəri xırt-xırt, içi isə yupyumşaq alınır. 

 

Tərkibi (8 ədəd): 

xəmir:


1 x.q. quru maya

65 ml isti su

250 ml isti süd

20 q şəkər tozu

30 ml bitki yağı

9 q duz

450-520 q un



üzərinə:

1 x.q. quru maya

125 ml isti su

10 q şəkər tozu

15 ml bitki yağı

2 q duz

100 q düyü unu (mikserdə düyünü çəkib bir neçə dəfə ələməklə də ala bilərsiniz)



Hazırlanması:

Dərin qabda maya, su, süd və şəkər tozunu qarışdırıb 5-10 dəqiqə, üzəri köpüklənincə saxlayın.



Bitki yağı, duz və 400 q un əlavə edin. Xəmir yoğurun. Əvvəlcə xəmir
ələ yapışacaq, sonra az-az, 1 x.q. olmaqla bir qədər də un əlavə edərək,
xəmir qabın divarlarından aralanınca yoğurun. Bundan sonra daha 5
dəqiqə yoğurub kündə tutun. Üzərinə qida plyonkası çəkib otaq
temperaturunda 1-2 saat, həcmi 2 dəfə artıncayadək saxlayın.



Xəmiri ətləyin. 8 yerə bölüb kündələyin, perqament döşənmiş formaya
düzün. Üzərinə qida plyonkası çəkib otaq temperaturunda 1 saat saxlayın.




Bulkaları kündələyəndən yarım saat sonra üzəri üçün olan qarışığı
hazırlayın: bunun üçün göstərilən ərzağı qarışdırın. O, qatı şəkər
qlazuruna bənzəyəcək. Otaq temperaturunda 15 dəqiqə saxlayın.



Sobanı 200 dərəcə qızdırın.



Qarışığı hazırlayandan 15 dəqiqə sonra onu bulkaların üzərinə qatı layla çəkin (əllə daha rahat olur).



Əvvəlcədən qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Bulkaların üzəri qızarıb çatlamalıdır.

Sobadan çıxarıb şəbəkənin üzərində soyudun.



Süfrəyə mürəbbə, bal, kəsmik, yağ, pendir, süd və çayla birlikdə verə bilərsiniz.



Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT

Pələng bulkalar resepti - FOTO RESEPT



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!