Kasote resepti

Kasote resepti
Şirniyyat və Tortlar
10.09.2017 3
Tərkibi:
4 yumurta
2 paket krem şanti
1,5 su stəkanı süd
1 su stəkanı şəkər
1 limon qabığı rəndəsi
3 yemək qaşığı kakao
1 paket 60 qr südlü fındıqlı şokolad
4-5 ədəd peçenye
1 çimdik duz
Silikon qəlib

Hazırlanması:
3 ayrı qarışdırma qabı götürək.
Süd və krem şantiyi iyicə qarışdıraq.
Və yumurtanın ağı və sarısını bir birinə qarışdırmadan ayıraq .
ağına bir çimdik duz səpin və qar bəyazı köpük olana qədər mikser ilə çırpaq.
Şəkər ilə yumurtanın sarısını keks formasına gələnəcən qədər çırpaq və bu 3 qarışımı birləştirib mikser ilə təkrar qarışdıraq və ikiyə bölək.
Qarışımın birinə incə rəndələnmiş limon qabığını əlavə edək və digərinə 3 qaşıq kakao və südlü fındıqlı şokoladı rəndələyib qarışdıraq.
Peçenyeləri xırdalayıb silikon qabın alt hissəsinə səpək və ağ olan qarışımı üstünə yerləştirib soyuducuya 1 saat qədər gözlədək və çıxarıb kakaolu olan qarışımı üstünə yerləştirib təkrar soyuducuya qoyaq və 1 gecə saxlayaq.
İki qarışım birbirinə qarışmasın diyə 1 saat arayla yerləştirsək daha yaxşı nəticə alınar

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!