Moruqlu tort resepti

Moruqlu tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 4
Tərkibi:
Xəmir:

1 banka qatılaşdırılmış süd
2 yumurta
120 qr un
1 x/q qabartma tozu

Qaymaqlı krem:
220 qr qaymaqlı pendir
220 qr kəsmik
750 ml 33%-li qaymaq
80 qr şəkər pudrası
2 ç/q vanil cövhəri

Əlavə:
1,5 stəkan moruq
0,5 stəkan kokos yonqarı
4 x/q mürəbbə

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.

Xəmirin hazırlanması: Unla qabartma tozunu qarışdırın. Bir qabda qatılaşdırılmış südlə yumurtaları çalın. Un qatıb eynicinsli kütlə alınanadək qarışdırın.
Perqamentin üzərində 23 sm dm-li dairə çəkin. Perqamenti tərs üzünə çevirib formanın içinə qoyun.
Xəmirdən 1/4 stəkanını dairənin mərkəzinə tökün, sonra isə dairənin içiylə bir nazik yayın. Təxminən 5 dəqiqə bişirin. Ortası tam bişməlidir.
Sobadan çıxaran kimi korju perqamentdən ayırın. Perqamentin üzərini salfetlə silin, yenə eyni qayda ilə xəmirdən içinə töküb bişirin. 4 korj alınmalıdır.

Qaymaqlı krem: Soyudulmuş qaymağı çalın. Ayrı qabda şəkər pudrası, qaymaqlı pendir, ələkdən keçirilmiş kəsmik və vanili çalın. Çalınmış qaymağı əlavə edib həcmi artınca çalın. Kremin 1 stəkanını ayırıb kənara qoyun (bəzək üçün).
Kremdən bir qədər buludun içinə yayın. Birinci korju qoyub azca basın. Kremin 1/5-ni üzərinə çəkin. Sonra digər korju qoyub yenə krem çəkin. Korjlar və krem bitənədək prosesi təkrarlayın. Kənara ayırıb qoyduğunuz kremin 2/3-ni tortun üzərinə və kənarına çəkin.
Konditer torbasına kremin qalanını doldurub tortun üzərini ulduz naxışıyla bəzəyin.
Tortun kənarlarına kokos yonqarı çəkin. Tortun üzərinə moruq düzün. Moruqların boş olan hissələrini moruq mürəbbəsi ilə doldurun. Tortu bir gecə soyuducuda saxlayın. Doğrayarkən bıçağı qaynar suya salın, silib sonra tortu dilimləyin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!