Almalı parfe resepti

Almalı parfe resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:
3 su stəkanı alma (rəndələnmiş)
1 (75 qr) çay stəkanı şəkər
3 xörək kaşığı limon suyu
1 xörək qaşığı qarğıdalı unu
3 xörək qaşığı su
1 çay stəkanı qoz (iri doğranmış)
1 ədəd limonun qabığı (incə rəndələnilmiş)
1 paket sadə krem şanti
1 (200 ml.) su stəkanı süd
8-10 ədəd peçenya

Hazırlanması:
Almaların qabıqlarını soyub, rəndələyin.
Qaralmasına icazə vermədən, şəkər, limon suyu, qarğıdalı unu və su ilə birlikdə, orta atəşdə almalar yumuşalana qədər, qarışdıraraq bişirin.
Qarışığı bir kasaya qoyun və yaxşıca soyuyana qədər saxlayın.
1 Su stəkanı soyuq süd ilə krem şantini hazırlayın.
Krem şantinin içinə, qoz, limon qabığı rəndəsi və qaynadılmış almalı qoyun, yaxşıca qarışdırın.
Peçenyaları südə batıraraq isladın və qəlibin alt hissəsinə düzün.
Üzərinə krem şantinin yarısını yayın.
Bir sıra daha, yenə südə batıraraq peçenyaları düzün.
Üzərinə qalan şantili qarışığı yayın.
Üzərini örtərək, 1 saat qədər soyuducunda saxlayın, daha sonra dərin soyuducunun buzluğuna qoyun.
Ən az bir gecə buzluqda saxladırdan sonra, istədiyiniz zaman süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!