Şokoladlı keks resepti

Şokoladlı keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 20
URL=http://www.radikal.ru]Şokoladlı keks resepti[/URL]Tərkibi:
3 ədəd yumurta
80 qram şəkər tozu
80 qram qara şokolad
30 ml portağal şirəsi
30 qram un
1 ç.q. qabartma tozu
1 ç.q. vanilin şəkəri
Duz

Keksləri bəzəmək üçün:
Şəkər pudrası
Şokolad ovuntuları

Hazırlanması:
Şokoladları xırdalayıb, balaca qazana tökərək, buxar vannasında əridin.
Una qabartma tozu əlavə edib, qarışdıraraq, ələkdən keçirin.
Yumurtanın ağını sarısından ayırıb, soyuducuya qoyun.
Yumurtanın sarısını şəkər tozu ilə mikserlə çalın.
Üzərinə vanil şəkəri və portağal şirəsi tökərək, 8 dəqiqə ərzində mikserlə çalmağa davam edin.
Sonra üzərinə əridilmiş şokolad və unu əlavə edib, qarışdırın.
İstəsəniz, üstünə sürtkəcdən keçirilmiş portağal qabığı (sedra) tökün.
Yumurtanın ağına duz səpib, yaxşıca çalın.
Sonra çalınmış yumurtanın ağını şokoladlı xəmirin üzərinə əlavə edib, qarışdırın.
Keks üçün xüsusi forma qablarına yağ çəkib, üstündən un səpin.
Sonra xəmiri forma qablarına töküb, 175-180 dərəcə qızdırılmış duxovkada 20 dəqiqə müddətində bişirin.
Bişmiş keksləri forma qabından çıxarıb, üzərinə şəkər pudrası səpin.
Süfrəyə verərkən keksləri şokoladlı ovuntularla bəzəyin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!