Meyvəli piroq resepti

Meyvəli piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 29
Tərkibi:
200 qr. xama
4 yumurta
200 qr. yağ (yumşalmış)
3-4 st. un
1 st. şəkər tozu
qabardıcı (ya da soda)
vanil
şaftalı, gavalı (quru meyvələrlə də etmək olar)

Hazırlanması:
Şəkər tozunu yumurta ilə mikserlə yaxşıca çalın.
Mikserlə qarışdıra-qarışdıra xamanı, yumşaq yağı əlavə edin.
Qabardıcı, vanil əlavə edin. Unu hissə-hissə əlavə edin.
Xəmir bərk olmamalıdır.
Gavalı və şaftalını doğrayin.
Xəmiri bişirdiyiniz formaya yerləşdırın.
Xəmirdən 1 qədər üstünü bəzəmək üçün saxlayın.
Meyvələri xəmirin içinə batıraraq düzün.
Qalan xəmiri isə mətbəx şprisinə töküb üstünü bəzəyin.
200 dərəcə isinmiş sobada 40 dəq. bişirin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!