Keşyu ilə snikers resepti

Keşyu ilə snikers resepti
Şirniyyat və Tortlar
10.09.2017 16
Tərkibi:
5 yumurta
1 st. şəkər tozu
1 st. un
1 paket vanilli şəkər
3 x.q. süd
1 ç.q. qabartma tozu
100 q şokolad

1-ci krem üçün:

400 q 33%-li qaymaq
2 x.q. şəkər tozu

2-ci krem üçün:

2/3 banka qatılaşdırılmış süd
2 dolu ç.q. kakao
100 q yumşaldılmış kərə yağı
100 q keşyu, qovurulub xırdalanmış (buna hind araxisi də deyirlər)

Qlazur üçün:
100 q şokolad
4 x.q. 10%-li qaymaq (süd də olar)

Hazırlanması:

26 sm diametrli sinini yağlayıb içinə un səpin.
Yumurtaların ağını sarısından ayırın. Yumurta sarılarını şəkər tozu və vanilli şəkərlə çalın. Qazançaya süd töküb içinə xırdalanmış şokolad qoyun, bu qazanı su hamamına yerləşdirin. Eynicinsli kütlə alınanadək qarışdırın. Soyudun, yumurta sarılarına əlavə edib çalın.
Yumurtanın ağını qatı köpük alınanadək çalın. Bunu şokoladlı kütləyə əlavə edin, un və qabartma tozu vurub eynicinsli kütlə alınanadək qarışdırın. Siniyə töküb 180 dərəcə qızdırılmış sobada 25-35 dəqiqə bişirin.
Korju soyudub iki hissəyə bölün.
Qaymağı şəkər tozu ilə çalın. Korjun birinin üstünə çəkin. Hamarlayıb soyuducuda 15 dəqiqə saxlayın.
Yağı qatılaşdırılmış südlə çalın, kakao, sonra isə keşyu əlavə edib qarışdırın.
Korju soyuducudan çıxarıb birinci kremin üstündən (qaymaqlı krem) çəkin, ikinci korju üstünə qoyun.
Qlazur üçün şokolad və qaymağı su hamamında qızdırın, eynicinsli kütlə alınanadək qarışdırın, tortun üstünə çəkin, zövqünüzə görə bəzəyin.
Tortu soyuducuda ən azı 5 saat saxlayın.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!