Rafaello tortu resepti

Rafaello tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 23
Tərkibi:
2 yumurta
2 st. un
1 paket qabartma tozu
400 ml qaymaq
1 3/4 st. şəkər tozu
15-20 ədəd "Rafaello" konfeti
5 paket vanilli şəkər
200 q xama
1 qutu kokos yonqarı

Hazırlanması:

Sobanı 170 dərəcəyədək qızdırın.
2 yumurta, 1 st. şəkər tozu, 2 vanilli şəkər paketini qarışıb möhkəm köpük alınanadək çalın. 200 ml qaymaq əlavə edib çalmağa davam edin. Un, qabartma tozu əlavə edib yaxşıca qarışdırın.
Xəmiri yağlanıb perqament döşənmiş formaya tökün. Sobada 25 dəqiqə bişirin. Sonra biskviti soyudub iki korja bölün.
Krem üçün xamanı, 200 ml qaymağı, 3/4 st. şəkər tozunu və 3 paket vanilli şəkəri çalın (qatı krem alınmalıdır).
Birinci korjun üzərinə 1-1,5 sm qalınlıqda krem çəkin. 6 "Rafaello" konfetini blenderdə xırdalayıb kremin üstünə səpin. İkinci korju qoyun, üzərinə və tortun kənarlarına kremin qalanını çəkin. "Rafaello" konfetlərini iki bölüb üzərinə düzün, üstünə kokos yonqarı səpin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!