Ərik piroqu resepti

Ərik piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 31
Tərkibi (8 pay):
1 fincan turş qatıq
2 fincan un
4 yumurta
0.5 fincan bitki yağı
1 fincan şəkər tozu
1 ç.q. vanil cövhəri
1 ç.q. qabartma tozu
1 çimdik duz
10 yetişmiş ərik
fincan = 240 ml
(24 sm dm-li forma, yaxud 4 kiçik forma)

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.
Yumurta, qatıq, yağ, şəkər tozu və vanil cövhərini qarışdırın.
Ayrı qabda unu duz və qabartma tozu ilə qarışdırın. Sonra yumurta qarışığına əlavə edin. Eynicinsli kütlə alınanadək qarışdırın.
Xəmiri yağlalmış formaya (yaxud kiçik formalara) tökün. Ərikləri iki bölüb xəmirin üzərinə düzün, əlinizlə azca basın. Üzərinə şəkər tozu səpib sobada 45 dəqiqə bişirin.Bişib-bişmədiyini kibrit, yaxud diş çöpüylə yoxlayın.
Şəbəkənin üzərində soyudun. Süfrəyə yoqurt, dondurma, yaxud çalınmış qaymaq və giləmeyvə ilə verə bilərsiniz.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!