Çiyələkli maskarponi resepti

Çiyələkli maskarponi resepti
Şirniyyat və Tortlar
10.09.2017 7
Tərkibi:
300 qram çiyələk
250 qram maskorponi pendiri
150 qram yağlı qaymaq
3 xörək q. qəhvəyi şəkər
1 xörək q. rom
2-3 dənə ovulan peçenye

Hazırlanması:
2-3 çiyələyi bəzək üçün ayrı qaba qoyun.
Qalanını çəngəl ilə pure forması alana qədər yaxşı əzin.
Rom və ya arağı istilədib şəkərlə qarışdırn ki, şəkər ərisin.
Qaymağı mikserlə çalın və ərimiş şəkərə üzərinə əlavə edin.
Maskorponini də çəngəl ilə əzib qaymağa qatıb qarışdırın.
Yağlı kütləni furjerlərə doldurub üzərinə çiyələk püresindən tökün və bir az taxta çöp ilə qarışdırın
15 dəqiqə soyuducuda saxlayın.
Bərkidikdən sonra üzərinə ovulmuş peçenye səpin və çiyələk qoyun.
Çiyələkli maskarponi servisə hazırdır.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!