Çay tikəsi resepti

Çay tikəsi resepti
Şirniyyat və Tortlar
10.09.2017 3
Tərkibi:
1 çay stəkanı qatıq
1 ədəd yumurta
yarım çay stəkanı zeytunyağı
yarım su stəkanı əzilmiş ağ pendir
kifayət edəcək qədər un
1 çay qaşığı karbonat,
duz
duru yağ (qızartmaq üçün)

Hazırlanması:
Bir qabın içində qatıq və yumurtanı taxta qaşıqla yaxşıca qatın.
Üzərinə zeytunyağını və əzilmiş ağ pendiri əlavə edib, qarışdırın.
Yumuşaq xəmir alınana qədər yoğurun.
Karbonat və duzunu da əlavə edib yaxşıca yoğurun.
Xəmiri oxlovun köməyiylə 1 sm qalınlığında açıb iki barmaq enində istədiyiniz uzunluqda zolaqlar kəsin.
Zolaqları isidilmiş duru yağıın içində qabarana qədər qızardın.
Çay tikələrini süfrəyə isti verin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!