Çiyələkli tart

Çiyələkli tart
Şirniyyat və Tortlar
10.09.2017 8
8 nəfərlik
Hazırlama müddəti : 40 - 45 dəqiqə
Bişirmə müddəti : 30 dəqiqə

70 qr toz badam
155 qr kərəyağı
50 qr şəkər
2 ədəd yumurta
150 qr tort kremi
65 qr pudra şəkəri
185 qr un
80 ml krem

Bəzəmək üçün:

350 qr çiyələk
50 ml isti jele

Hazırlanması:

Xəmiri üçün kərə yağının və toz badamın yarısını, şəkəri, 1 ədəd yumurtanı və unu böyük bir qabda qarışdırın. Konsistensiyaya gəldikdən sonra qarışığı soyuducunda sərtləşənə qədər gözlədin. Ardından dinlənmiş xəmiri yumru bir nimçəyə yerləşdirin. Toz badamın və kərəyağın digər qalan yarısını, pudra şəkəri, 1 ədəd yumurta və tort kremi ilə hazırladığınız plombu, xəmirin üstünə çəkdikdən sonra xəmiri əvvəldən 170 dərəcədə isidilmiş sobada 30 dəqiqə qədər bişirin. Bişdikdən sonra soyumağa buraxdığınız tart xəmirini, krem ilə dolduraraq bəzəməyə hazır hala gətirin. Çiyələkləri üzərinə yerləşdirib isti jeleni tökün. Çiyələkli tartı krem şanti ilə bəzəyib servis edə bilərsiniz.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!