Marmeladın evdə hazırlanması

Marmeladın evdə hazırlanması
Şirniyyat və Tortlar
10.09.2017 84
Marmelad ən xeyirli şirniyyatdır. İri, kalorili kekslər, şəkəri çox olan desertlərdənsə, hər dəfə çayın yanında 2 dənə marmelad yemək nəinki sizi kökəldər, hətta faydası da dəyər... Xüsusilə də o marmelad evdə - təbii məhsullardan hazırlanarsa...

Tərkibi:
Meyvə şirəsi (istədiyiniz meyvənin) – 100 ml.
Su – 100 ml.
Şəkər tozu – 200 qr.
Jelatin – 20 qr.

Hazırlanması:
Jelatini şirəyə tökürük və 30 dəqiqə zəif odun üzərində saxlayırıq ki, ərisin. Şəkər tozunun üzərinə suyu əlavə edirik və qaynaması üçün odun üzərinə qoyuruq, qarışdırırıq. Qaynayandan 3 dəqiqə sonra oddan götürürük. Qaynar halda da jelatinin üzərinə tökürük və yaxşıca qarışdırırıq. Sonra onu çay qaşığı ilə buz formalarına doldururuq və soyuducuda tam donana kimi saxlayırıq. Süfrəyə verəndə üzərinə şəkər tozu, şəkər kirşanı da səpə bilərsiniz. Qeyd: marmeladın yaxşı forma alması üçün onu tökəcəyimiz formanı əvvəlcə qaynar suda təxminən 2 dəqiqə saxlamağınız məsləhətdir.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!