Dadlı ev plombiri

Dadlı ev plombiri
Şirniyyat və Tortlar
10.09.2017 25
Tərkibi:
qaymaq (33-35%) - 300 qr.
şəkər tozu - 150 qr.
vanil
yumurta sarısı - 3 ədəd
süd - 0,5 stəkan

Hazırlanması:
Qaynadılmış soyuq südə 3 yumurta sarısı, şəkər tozu, bir az vanil qatıb qarışdırın.
Su vannasında qarışdıra-qarışdıra qatılaşana kimi bişirin.Qaymağı qatılaşıb şişənə kimi çalın.
Qatışıqları irləşdirib ehtiyatla qarışdırın.1 saatlıq dondurucuya qoyun.
1 saatdan sonra mikserlə kiçik sürətlə qarışdırıb yenidən dondurucuya qoyun.
1 saatdan sonra prosesi təkrarlayın.Dondurma hazırdır. Donan kimi plombirin ləzzətli, təbii dadından həzz almaq olar. Zövqdən asılı olaraq üzərinə mürəbbə, şokolad və ya üyüdülmüş badam səpmək olar.
Ehtiyatlı olun, qaymağı tələb olduğundan artıq çaldıqda yağa çevrilir, dondurma alınmır.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!