Meyvəli desert resepti

Meyvəli desert resepti
Şirniyyat və Tortlar
10.09.2017 14
Tərkibi:
Heyva 1 kq
Alma 1 kq
Şəkər tozu 0,5 kq
Limon 0,5 ədəd
Qaymaq 0,5 ml

Hazırlanması:
Heyvanın qabığı soyulur, iki hissəyə bölünür, ortasında çuxur yaranacaq şəkildə özəyi çıxarılır. Almalar xırda doğranır, soba listinə düzülür, almanın üzərində özəyi yuxarı olmaq şərtilə heyvalar düzülür. Çuxurlara bol miqdarda şəkər tozu əlavə olunur. Üzərindən yarım limonun suyu sıxılır, heyvanın yarısına qədər adi su əlavə edilir. Folqa kağızı ilə örtülür. 180 dərəcəyədək qızdılırmış sobaya qoyulur, sobanın temperaturu 150 dərəcəyə endirilir və bu istilikdə 1,5 saat bişirilir. Heyvalar soyuduqdan sonra ortasındakı çuxura qaymaq qoyularaq süfrəyə verilir.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!