Gül peçenye

Gül peçenye
Şirniyyat və Tortlar
10.09.2017 16
Sovet dövründən gözümüz öyrəşən sarı rəngdə, ortası cemli, gül peçenye indi də çoxlarının sevimli peçenyesidir. Amma o vaxtın dadı-tamı qalıbmı? Bəlkə özünüz bişirəsiz, sınayasız?

Ərzaqlar:
Şəkər tozu – 200 qr.
Mayonez – 200 qr.
Kərə yağı (yumşaldılmış) – 200 qr.
Xama – 1 x.q.
Yumurta – 1 ədəd
Un – 400 qr.
Qabartma tozu – 5 qr.
Vanil – 1 paket
Qənd kirşanı

Hazırlanması:
Kərə yağını otaq hərarətində yumşaldıb, şəkər tozu və vanilə qatın və mikserlə yumşaq ağ qabarana kimi çalın. Mikseri söndürmədən bura yumurta, xama, mayonez qatılır və 1-2 dəqiqə çalınır.
Un ələnir və qabartma tozu una əlavə olunur. Unu hissə-hissə yağlı qarışığa əlavə edərək, mikserin orta gücündə qarışdırırıq. Bərabər xəmir alınana kimi qarışdırın, çox olmaz, çünki xəmir bərk alınacaq.
Formaya perqament sərilir, xəmir şpris və ya konditer torbasına tökülüb, formaya gül formasında peçenyelər qoyulur. 175 dərəcədə 15 dəqiqə bişirilir. Boşqaba qoyulub üzərinə azca qənd kirşanı səpilir.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!