Kivi çizkeyki resepti

Kivi çizkeyki resepti
Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi:
200 q peçenye
100 q kərə yağı

ağ krem:
400 q kərə yağı (yaxud iki dəfə ələkdən keçirilmiş kəsmik)
350 ml 33%-li qaymaq
150 q şəkər pudrası
1 iri paket vanilli şəkər tozu
1 limonun şirəsi
10 q jelatin

kivi qatı:
1 kq kivi
200 q şəkər pudrası
20 q jelatin

Hazırlanması:
Peçenyeni xırdalayın. Əridilmiş kərə yağı qatıb qarışdırın. 24 sm diametrli formanın içinə perqament qoyun. Peçenye qatını dibinə döşəyin.
Qaymağı vanil və şəkər tozuyla krem halına gələnədək çalın.
Jelatini qablaşdırmasında göstərilən qaydada hazırlayın. Qaymaqlı pendir və ya kəsmiyə limon şirəsi, şişmiş jelatini qatıb qarışdırın. Çalınmış qaymağı da əlavə edin.
Kremin bir hissəsini bəzək üçün ayırıb qalanını peçenye korjunun üzərinə çəkin. Ortaboy kasa götürüb bayır hissəsinə qida plyonkası çəkin, qaymaqlı kremin üzərindən, düz ortadan yerləşdirin (beləcə kivi layı üçün yer hazırlamış olursunuz). 2 saat soyuducuda saxlayın.
Bu müddətdən sonra kasanı götürüb qida plyonkasını səliqəylə çıxarın.
Kivini təmizləyib blenderdə püre halına salın. Şəkər tozu qatıb vam odda bişirin. Şəkər tozu əriyəndə suda şişmiş jelatini qatıb qarışdırın. Kivini bişirməmək də olar. Bunun üçün çizkeyki hazırlamazdan bir neçə saat öncə kivini blenderdən keçirib şəkər tozu ilə qatıb aradabir qarışdırın. Bişirdikdə isə rənginin itməməsi üçün yaşıl rəng qatmaq olar.
Kivi kütləsi bir qədər soyuduqdan sonra onu qaymaqlı kremin üzərinə çəkib hamarlayın. Sonra yenə bir neçə saat soyuducuda saxlayın.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!