Kişmişli kəsmikli bulkalar resepti

Kişmişli kəsmikli bulkalar resepti
Şirniyyat və Tortlar
10.09.2017 74
Tərkibi:
xəmir:

15 q yaş maya
250-280 ml süd
2-3 x.q. şəkər tozu
1 qəhvə qaşığı duz
1 yumurta + 1 yumurtanın sarısı
50 q kərə yağı
2-3 x.q. bitki yağı
500 q un (bir qədər çox da ola bilər)

iç:
500 q kəsmik
2 yumurtanın sarısı
5 x.q. şəkər tozu (zövqə görə)
vanil
2 ovuc kişmiş
4 x.q. ərinmiş yağ

Hazırlanması:
Ləyənə yaş mayanı xırdalayıb tökün. 1 ç.q. şəkər tozu, 2 x.q. un və yarım stəkan südü qarışdırıb mayanın üzərinə tökün. 15 dəqiqə isti yerdə saxlayın.
Unu ələyin, duz, yumurta, şəkər tozu, əridilmiş yağ, gəlmiş baratanı əlavə edin. Bitki yağı əlavə edə-edə xəmir yoğurun.
Üzərinə dəsmal çəkib isti yerə qoyun.
İç üçün olan ərzağı mikserlə çalın.
Gəlmiş xəmiri 3 bərabər yerə bölün.
Birini 5 mm qalınlıqda dördbucaqlı yayın. Üzərinə yağ çəkin, içn yarısını bərabər qaydada üzərinə yayın. Bir ovuc kişmiş səpin.
İkinci kündəni yayıb proseduru təkrarlayın (yağ + iç + kişmiş).
Üçüncü xəmiri yayıb üstdən qoyun. Üzərinə yumurta sarısı çəkib şəkər tozu səpin. Pizza bıçağı ilə tərəfi 8 sm olan kvadratlara bölün. Ehtiyatla götürüb siniyə düzün.
Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Şəbəkənin üzərində soyudun.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!