Pyer Ermenin peçenyesi

Pyer Ermenin peçenyesi
Şirniyyat və Tortlar
10.09.2017 97
Tərkibi:
230 qr kərə yağı
100 qr şəkər pudrası
1/4 ç/q duz
330 qr un
1 yumurta
50 qr şəkər tozu
2 qr vanil

Hazırlanması:
Yumşaldılmış kərə yağını şəkər pudrası ilə qarışdırın. Duz, vanil, ələnmiş un qatıb yumşaq xəmir yoğurun. Xəmiri 3 yerə bölün. Diametri 2-3 sm olan "kolbasalar" hazırlayın. Hər birini qida plyonkasına bükün. Dondurucuda 15 dəqiqə saxlayın.
Yumurtanı çalın. Masanın üzərinə şəkər tozu səpin. Xəmiri çıxarıb üzərinə yumurta çəkin. Sonra şəkər tozunun üzərində irəli-geri hərəkət etdirərək hər tərəfinin şəkər tozuna bulaşmasına çalışın. Hər birini 2 sm qalınlıqda fal-fal doğrayın. Perqament döşənmiş siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, qızılı rəng alanadək bişirin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!