Kokoslu bulud

Kokoslu bulud
Şirniyyat və Tortlar
10.09.2017 13
Tərkibi:
2 yumurtanın ağı
1 çimdik duz
160 q şəkər pudrası
4 ç.q. qarğıdalı unu
150 q kokos yonqarı

Hazırlanması:
Yumurta ağlarını 1 çimdik duzla möhkəm çalın. Qabı tərs çevirəndə çalınmış kütlə yerə tökülməməlidir.
Çalmağa davam edərək 3 dəfəyə şəkər pudrasını əlavə edin. Parlaq, hamar kütlə alınanadək çalın.
Narın qarğıdalı ununu əlavə edin (qaşıqlar dolu-dolu olsun), qarışdırın. Sonra kokos yonqarını əlavə edib qaşıqla qarışdırın.
Kütlə qatı və yapışqan alınır, plastilin kimi.
Qaşıqla götürüb qoz boyda kürələr hazırlayın. Çalışın, çox əzməyəsiniz.
150 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, yüngül krem rəngi alanadək bişirin.
Üzəri xırt-xırt, içi yumşaq alınır.
Üzərinə ərinmiş ağ şokolad da çəkə bilərsiniz.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!