Kakaolu rəvani

Kakaolu rəvani
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:
3 yumurta
200 q şəkər tozu
65 q mannı
245 q un
1 qəhvə fincanı ərinmiş kərə yağı
1 st. qatıq
0,5 st. çəkilmiş qoz
1 paket vanil
1 paket qabartma tozu
3 x.q. kakao

Şərbət:

3 st. şəkər tozu
4 st. su
1 ç.q. limon şirəsi

Şərbət üçün su ilə şəkər tozunu orta itilikli ocaqda qaynadın. Bir neçə dəqiqə qaynadıqdan sonra limon şirəsini əlavə edib ocaqdan götürün, soyudun.
Sobanı 180 dərəcə qızdırın.
Kərə yağı, qatıq, yumurta, şəkər tozu və vanili mikserlə 6-7 dəqiqə çalın. Mannı, un, qabartma tozu və kakaonu əlavə edib qaşıqla qarışdırın. Xəmiri yağlanmış formaya töküb sobada 35-40 dəqiqə bişirin.
Sobadan çıxarın. 1 dəqiqə sonra soyuq şərbəti üzərinə gəzdirin. 1 saat sonra doğrayıb süfrəyə verin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!