Almalı maffin

Almalı maffin
Şirniyyat və Tortlar
10.09.2017 31
Tərkibi:
350 q un
1 paket qabartma tozu
1 ç.q. soda
125 ml süd
125 ml qaymaq
75 ml bitki yağı
1 yumurta
1 ç.q. darçın
1 paket vanilli şəkər tozu
3 böyük alma

Hazırlanması:

Almaları sürtgəcdən keçirin.
Un, qabartma tozu və sodanı birlikdə ələyin, ortasında çuxur açın. Çuxura şəkər tozu,süd, qaymaq, bitki yağı, yumurta, darçın, vanilli şəkər tozu, sürtgəcdən keçirilmiş almanı qoyub yoğurun.
Xəmirdən qaşıqla götürərək yağlanmış maffin qablarına paylaşdırın. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Bişib-bişmədiyini diş çöpüylə yoxlayın.
Maffin xəmirinə damla şokolad və xırdalanmış qoz da əlavə edə bilərsiniz.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!