Almalı kurabiyə

Almalı kurabiyə
Şirniyyat və Tortlar
10.09.2017 6
Tərkibi:
4 ədəd orta boy alma
250 qr marqarin
Yarım su stəkanı qoz içi
Yarım limon suyu
3 yemək qaşıgı toz şəkər
3 su stəkanı un
Yarım su stəkanı pudra şəkəri
1 çay qaşığı darçın
1 paket qabartma tozu

Hazırlanması:

Almaları yuyulub soyduqdan sonra rəndələyin. Üç yemək qaşığı toz şəkəri əlavə edib, suyunu çəkincəyə qədər qaynadın. Soyuyunca iri çəkilmiş qoz içi və darçın qoyun.
Digər tərəfdə unu ələyib ortasını açın. Yağ, limon suyu, qatıq və qabartma tozu qoyaraq xəmir edin, Xəmiri 10-15 dəqiqə istirahət etdirin.
Dörd bərabər parçaya bölün. Hər parçanı yarım santimetr qalınlığında yumru yemək qabı büyüklüyündə açın. Əvvəl ortadan ikiyə, sonra da dördə və səkkizə bölərək səkkiz ədəd üçbucaq əldə edin. Ortasına almalı iç qoyub uclarını ortadan birləşdirərək boxça edin.
Sonra yağlanılmış soba nimçəsinə yerləşdirin. 200 dərəcədə əvvəldən isidilmiş sobada çəhrayılaşana qədər bişirin. Servis qabına alın. Üzərinə pudra şəkəri ələyib servisə təqdim edin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!