Dondurmalı biskvit

Dondurmalı biskvit
Şirniyyat və Tortlar
10.09.2017 15
Tərkibi:
3 çay qaşığı damla şokolad
Dondurma (seçimə görə, biz vanilli dondurmanı təklif edirik)
1,5 su stəkanı süd
2 paket kremşanti
2 paket yulaflı biskvit

Sousu üçün
2 çay qaşığı krem
Bitter şokolad
Fındıq və ya döyülmüş yer fındığı

Hazırlanması:

Kremşantiyle südü çırpdıqdan sonra içinə dondurmanı qarışdırın və damla şokoladı da əlavə edin. Bir dənə biskvit götürüb bu qarışıqdan bir qaşıq üstünə qoyun və üstünə bir biskvit bağlayın. Qarışıqdan təkrar əlavə edin və üzərinə yenə bir biskvit bağlayın.

Digər biskvitləri də bu şəkildə hazırladıqdan sonra, bitter şokoladı buxarda əridin və içinə kremi qoyub qarışdırın. Bu sousu biskvitlərin üzərinə çəkin və buzxanaya qoyub 15 dəqiqə soyumağa buraxın. Buzluqdan çıxardıqdan sonra fındıq və ya yer fındığına bulayın.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!