Zəncəfilli qurabiyə

Zəncəfilli qurabiyə
Şirniyyat və Tortlar
10.09.2017 33
Tərkibi:
1+1/4 su stəkanı un
1 yumurta
150 qr yumşadılmış kərə yağı
1 su stəkanı pudra şəkəri
1 çay stəkanı qarğıdalı nişastası
1 çay qaşığı karbonat
1 çay qaşığı toz zəncəfil
1 çay qaşığı toz darçın

Hazırlanması:
Sobanı əvvəldən 180 dərəcədə istilədin. Yumşadılmış kərə yağını kiçik parçalara bölərək bir qaba qoyun və üzərinə un, yumrta, qağıdalı nişastası, pudra şəkəri əlavə edərək qarışdırın.
Bunun üzərinə təkrar zəncəfil, darçın və karbonatı da əlavə edin, yenidən qarışdırın.
Bu qarışığı əlinizə yapışmayacaq hala gələnə qədər üzərinə un əlavə edərək yoğurun.
İndi tərifin ən əyləncəli qisiminə gəldik, xəmirə şəkil verilən qisim… Zəncəfilli peçenyelər ümumiyyətlə adam və ulduz şəklində olur, yenə də siz istədiyiniz şəkildə edə bilərsiniz.
Xəmirə şəkil verəcəyiniz sahənin üzərinə əvvəl bir az un səpin və xəmiri açın. İstədiyiniz şəkli verdikdən sonra yağlı kağız sərdiyiniz soba nimçəsinə xəmirlərinizi düzün. 15-20 dəqiqə qədər sobada bişirdikdən sonra peçenyelərinizi alın və soyuması üçün nimçənin üzərinə düzün.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!