Lavantalı keks

Lavantalı keks
Şirniyyat və Tortlar
10.09.2017 18
Tərkibi

Keks üçün:
3 ədəd yumurta
3/4 su stəkanı toz şəkər
1/2 su stəkanı duru yağ
2 yemək qaşığı süzmə qatıq
1 su stəkanı süd
1 şirin qaşığı quru lavanta
2,5 su stəkanı un
1 paket qabartma tozu

Lavantalı sous üçün:
300 qram mascarpone pendiri
2 yemək qaşığı bal
1/2 su stəkanı süd
2 damla lavanta aroması

Hazırlanması:
- Keksə əlavə edəcəyiniz südü az odda qaynama nöqtəsinə gələnə qədər istilədin. Quru lavanta toxumlarını qatıb aromasının südə keçməsini təmin edin. Kiçik bir çay süzgəcində süzdüyünüz südü soyuması üçün otaq istiliyində gözlədin.
- Yumurtaları dərin bir qarışdırma qabına alın. Toz şəkər əlavə edib mikser köməyi ilə yüksək dövrdə şəkər dənələri tamamilə əriyənə qədər qarışdırın.
-Duru yağı, süzmə qatıq və lavanta aromalı südü qatıb qarışdırma əməliyyatını davam etdirin.
- Maye qarışığı tamamlanan keks xərcinə son olaraq ələnilmiş un və qabartma tozunu qatın. Bir spatula köməyi ilə yığışana qədər qarışdırın.
- Döşəməsini yağlı kağızla örtdüyünüz 22 sm. lik qandallı keks qəlibinə hazırladığınız keksə köçürün. Üzərini bir spatula köməyi ilə düzəldib əvvəldən isidilmiş 170 dərəcə sobada 40-45 dəqiqə bişirin.
- Lavantalı sous üçün təzə çöl mersinlərini mətbəx robotunda püre halına gətirin.
- Mascarpone pendiri, bal, süd və lavanta aroması köməyiylə qarışdırıb axıcı bir sous əldə edin.
- Qabarıb yüngül bir rəng alan keksi sobadan alın. Otaq istiliyində saxladıqdan sonra tort stendi ya da geniş bir xidmət qabına tərs çevirərək çıxardın.
- Hazırladığınız sousu üzərinə gəzdirib lavanta çiçəkləri ya da quru lavanta toxumlarıyla bəzədikdən sonra dilimləyərək paylaşın.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!