Xəzəl tortu

Xəzəl tortu
Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi:
xəmir:

6 yumurta
1,5 st. şəkər tozu
2 st. un
1 ç.q.soda

krem:
800 q xama + şəkər tozu (zövqə görə)

qanaş:
120 q şokolad
50 ml yağlı qaymaq

bəzək:
şokolad (və təbii yarpaqlar)

Yumurtanı şəkər tozu ilə çalın. Un və soda qatın. Xəmir duru alınacaq. Yağlanmış siniyə xəmirdən qaşıqla götürüb aralı-aralı düzün.
180 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin.

Krem üçün xamanı təxminən 250 q şəkər tozu ilə çalın (daha şirin sevirsinizsə, şəkərin qədərini artıra bilərsiniz). Bişmiş qızılı "yarpaq"ları bu kremə batırıb yanaşı və üst-üstə təpələmə, ya da dairəvi düz formada yığın.

Qanaş: Qaymağı qızdırın. Qaynara düşmək istəyəndə götürüb içinə xırdalanmış şokoladı əlavə edin. Eynicinsli kütlə alınanadək qarışdırın. Tortun üzərinə çəkin.

Bəzək üçün: şokoladı su hamamında, yaxud mikrodalğalı sobada əridin. Təbii yarpaqları yuyub qurulayın. Hər birinin üzərinə ərinmiş şokolad çəkin. Qurumağını gözləyin. Sonra yarpağı şokoladdan ehmalca aralayın. Alınan şokoladlı "yarpaq"ları tortun üzərinə düzün.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!