Şəkərli piroq

Şəkərli piroq
Şirniyyat və Tortlar
10.09.2017 6
Tərkibi:
250 q un
100 ml süd
15 q yaş maya (yaxud 2 x.q. quru maya)
2 yumurta
1 çimdik duz
vanil
100+50 q kərə yağı
100-150 q şəkər tozu
200 ml qaymaq

Hazırlanması:
İsti südə 1 ç.q. şəkər tozu və 2 ç.q. quru maya (yaxud yaş maya) əlavə edib şişməsini gözləyin (təxminən 15 dəqiqə).
Yumurta ilə 100 q otaq temperaturunda olan kərə yağı, vanili əlavə edin. Qarışdırın. Unu az-az əlavə edərək qaşıqla qarışdırın.
Xəmir yumşaq və yapışqan alınır. Üzərinə dəsmal çəkib 1 saat isti yerdə saxlayın.
21 sm diametrli (yaxud 20x21 düzbucaqlı) yağlanmış formaya xəmiri qoyun. Əlinizi bitki yağına batırıb xəmiri bərabər yayın. Daha yarım saat isti yerdə saxlayın.
50 q kərə yağı ilə şəkər tozunu bıçaqla xırdalayın, qum kimi ovuntuq alınacaq. Soyuducuya qoyun.
Yarım saat sonra barmağınızı bitki yağına batırıb xəmirin üzərinə batırmaqla bir neçə çuxur açın.
Yağla şəkər tozunu səpin. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Üzərinə qaymaq tökün (xama da olar). Sobada daha 6-9 dəqiqə bişirin.

Nuş olsun!

Şəkərli piroq

Şəkərli piroq

Şəkərli piroq

Şəkərli piroq

Şəkərli piroq

Şəkərli piroq

Şəkərli piroq
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!