Klassik Napoleon tortu resepti

Klassik Napoleon tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 20
Tərkibi:
Xəmir 1 üçün:
● Un (buğda) - 4 x.q.
● Yağ (kərə) - 200 qr.

Xəmir 2 üçün:
● Duz - 1 çimdik
● Un (buğda) - 2 st.
● Yumurta (toyuq) - 1 ədəd
● Su soyuq
● Sirkə (3%-li) - 0.25 ç.q.

Krem üçün:
● Yumurta (toyuq) - 1 ədəd
● Yağ (kərə) - 200 qr.
● Vanilin - 0.5 paket
● Şəkər tozu - 1 st.
● Süd - 0.5 ədəd

Hazırlanması:
1) Xəmir 1: Kərə yağı yumşaq olmamalıdır, soyuducudan çıxarılmış olmalıdır. Qaba unu ələyin, xırda doğranmış yağı əlavə edin, bıçaqla tam qarışana qədər döyün. Bu çox vacibdir, onda xəmir 2-nin içərisində yaxşı yayılacaq və düyünlər qalmayacaq;

2) Xəmiri kündələyin, yoğurmaq lazım deyil, ancaq bir yerə yığmaq və kündələmək. Xəmiri kənara qoyun;

3) Xəmir 2: Qaba unu ələyin(unu çox götürmək lazım deyil, əvvəlcə bir az götürün, sonra lazım gəldikcə əlavə edin, xəmir yumşaq olmalıdır), sirkə (və ya limon şirəsi), duz əlavə edin;

4) Yumurtanı stəkanın içinə sındırın, üzərinə soyuq su əlavə edin (elə olsun ki, ümümi maye stəkanın 2/3- ü qədər olsun) , qaşıqla qarışdırın, yumurta su ilə qarışsın, sonra unun üzərinə tökün;

5) Xəmiri yaxşıca yoğurun, əvvəl qaşıqla, sonra əllə un səpilmiş stolda yoğurun, lazım gəldikcə un əlavə edin. Xəmir bərk olmamalıdır;

6) Xəmir 2-ni düzbucaqlı şəklində yayın ( nazik olmamalıdır, yoxsa xəmir deşilə bilər);

7) Onun üzərinə xəmir 1-i qoyun, elə etmək lazımdır ki, hər tərəfdən üstünü konvert şəklində örtmək olsun. Əvvəlcə alt tərəfindən bükün, sonra yan tərəfləri bükün və sonda üst tərəfi ilə xəmir 1-in üstünü örtün;

8) Boşqaba un səpin, konverti tikişləri aşağı olmaqla içinə qoyun və 30 dəq. soyuducuya qoyun. Xəmirin üstünü örtməyin, yoxsa nəm çəkə bilər;

9) 30 dəq. keçdikdən sonra çıxardın, boşqabda olduğu kimi tikiş yeri aşağı olmaqla stolun üzərinə qoyun və yayın, nazik yaymayın, yenidən konvert şəklində bükün və 30 dəq. soyuducuya eyni qaydada qoyun;

10) 30 dəq. sonra yenidən çıxardın, un səpilmiş stolda yenidən yayın və konvert şəklində bükün. 30 dəq. soyuducuya qoyun. Bundan sonra çıxardın, xəmir hazırdır.

11) Krem: qazana yumurta və şəkər tozu əlavə edin, ağarana qədər çalın. Vanilin əlavə edin, qarışdırın. Süd əlavə edin və vam odda qaynayana qədər qızdırın (qaynatmayın). Oddan götürün, soyudun;

12) Yumşalmış kərə yağını qaşıqla bir az çalın. Sonra soyumuş qarışıqdan tədricən 1 x.q. əlavə edin, çalın. Tədricən hamısını əlavə edin, çalın. Hamar, eynicinsli kütlə alınmalıdır;

13) Hazır xəmiri 6 hissəyə bölün. SOBAnı 230 dərəcə qızdırın. Xəmiri azca un səpib yayın (təqribən 23 sm. diametrində).

14) SOBA qızan kimi xəmiri ehtiyyatla formaya (və ya SOBA listinə) qoyun. İlk 2 korj 15 dəq., sonrakı korjları isə 10 dəqiqəyə bişir. Diqqət etmək lazımdır ki, yanmasın. Korjların hamısını bişirin və soyudun;

15) Korju buluda qoyun, üzərinə 2-2.5 x.q. krem çəkin, digər korju qoyun. Bu qayda ilə bütün korjları yığın. Sonuncu korjun da üstünə krem çəkin. Korjların qıraqlarını bərabərləşdirin. Hər tərəfinə krem çəkin, qırıntılarını üzərinə və böyürlərinə səpin. Gecədən səhərə qədər soyuducuya qoyun.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!