Nant qaletləri foto resept

Nant qaletləri foto resept
Şirniyyat və Tortlar
10.09.2017 11
Tərkibi (20 ədəd):
150 q un
75 q şəkər tozu
2 çimdik iri duz
50 q yumşaldılmış kərə yağı
1 yumurta
1 yumurtanın sarısı (üzərinə)
üyüdülmüş badam (zövqə görə)

Hazırlanması:
Yumşaldılmış yağla duzu qarışdırın. Şəkər tozu əlavə edib mikserlə eynicinsli kütlə alınanadək çalın. Yumurta qırıb bir də çalın. Un qatıb ələ yapışmayan xəmir alınanadək qarışdırın. Ola bilsin ki, göstəriləndən daha çox un gərək olsun (yumurtanın böyüklüyündən asılıdır).
Masanın üzərinə bol un səpin. Xəmiri 3-5 mm qalınlıqda yayın. Stəkanla 5 sm diametrli dairələr kəsin. Perqament döşənmiş siniyə düzün. Üzərinə yumurta sarısı çəkib çəngəllə naxışlar salın. İstəsəniz, üzərinə üyüdülmüş badam səpə bilərsiniz.
180 dərəcə qızdırılmış sobada 15-17 dəqiqə, qızılı rəng alanadək bişirin.
Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.
Hermetik bağlanan qabda saxlayın.

Nant qaletləri foto resept

Nant qaletləri foto resept


Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!