Kəsmikli alma piroqu resepti

Kəsmikli alma piroqu resepti
Şirniyyat və Tortlar
10.09.2017 42
Tərkibi:
300 q un
200 q kərə yağı
100 q şəkər pudrası
2 q vanil
400 q kəsmik
40 q mannı yarması
2 yumurta
50 ml xama
75 q şəkər tozu
2 alma

Hazırlanması:
Şəkərli xəmir: unu şəkər pudrası və vanillə qarışdırıb, yumşaldılmış yağ əlavə edin, əvvəl ovub, sonra 1 x.q. soyuq su əlavə edərək yoğurun. Kündələyib soyuducuda 20 dəqiqə saxlayın.
Sonra çıxarıb yayın, perqament döşənmiş, yağlanmış formaya qoyun.
Yumurta, kəsmik, şəkər tozu, mannı və xamanı qarışdırın, xəmirin üzərinə yayın.
Almaları nazik, fal-fal doğrayıb kəsmikli qarışığın içinə düzün.
180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. (Sobadan asılı olaraq bu müddət az və ya çox ola bilər).
Süfrəyə verərkən üzərinə şəkər pudrası səpə, nanə yarpaqları ilə bəzəyə bilərsiniz.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!