Çəhrayı qartopu tortu

Çəhrayı qartopu tortu
Şirniyyat və Tortlar
10.09.2017 21
Çəhrayı qartopu tortu
vəsaitlər
 
4 yumurta



3 qəhvə fincanı un



4 qəhvə fincanı şəkər tozu



Yarım çay stəkanı günəbaxan yağı



Yarım paket qabartma tozu



1 paket vanil



3 yemək qaşığı kakao



kremi üçün




200 ml krem



200 qr ağ şokolad



250 qr çiyələk



üzəri üçün




1 su stəkanı hindistan qozu



1 çay qaşığı qırmızı qida boyası



1 paket krem şanti



1 çay stəkanı soyuq süd


Hazırlanması


Keks üçün dərin bir qabda yumurtalarla şəkəri yaxşıca çırpın. Şəkər eridikten sonra günəbaxan yağını əlavə edib çırpın. Un, kakao, qabartma tozu və vanil əlavə edib qarışdırın. Keks xəmirini düzbucaqlı şəkilli bir qəlibə  yerlə sdirin.əvvəldən isidilmiş 160 dərəcəyə nizamlı sobada 25 dəqiqə bişirin. İlıq keksin yarısından çoxunu kəsib streç film ilə örtülmüş bir kasaya əlinizlə basdıraraq yerləşdirin. 200 ml kremi qaynama nöqtəsinə gəlmədən istilədin. Ocaqdan alıb üzərinə qırdığınız ağ şokoladı əlavə edib əridin. Soyuducuda soyuması üçün gözlədin. Soyuyan kremi qabarana qədər çırpın. Dilimlədiyimiz çiyələkləri əlavə edib qarışdırın. Hazırladığınız kremi keksin içinə köçürün. Qalan keks ilə kasanın üzərini bağlayın. Dərin dondurucuda 30 dəqiqə gözlədin. Tortu dərin dondurucuda çıxarıb tərs çevirin. Streç filmi üzərindən alın. Krem şanti və soyuq südü mikser ilə çırpın. Tortun xaricini örtün. Hindistan qozunu qida boyası ilə qarışdırın. Krem  şantinin  üzərinə səpin. Tortu hindistan qozu ilə qapadiqdan sonra soyuducunda 1-2 saat saxlayin xidmət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!