Kakao souslu sütlü keks (analara özəl)

Kakao souslu sütlü keks (analara özəl)
Şirniyyat və Tortlar
10.09.2017 45
Kakao souslu sütlü keks (analara özəl)
Şokolad, kakao sevənlər üçün ləziz bir keks . Xüsusilə uşaqlarınız bu kesklərə huşunu itirəcək.


Keks üçün:


4 yumurta,



1,5 su stəkanı şəkər,



1,5 su stəkanı un,



4 yemək qaşığı kakao,



1 paket vanil,



1 paket qabartma tozu,



2 su stəkanı süd (keksi islatmaq üçün)



Kremi üçün:



1 qutu krem şanti,



1 su stəkanı süd



Kakao sousu üçün:



1 su stəkanı su,



1 su stəkanı süd,



2 yemək qaşığı kakao,



1 yemək qaşığı nişasta,



3 yemək qaşığı toz şəkər,



2 yemək qaşığı marqarin


Kakao souslu südlü keksin quruluşu:  Yumurta və şəkəri dərin bir qaba qoyun. Mikser ya da çəngəl köməyiylə köpük köpük olana qədər çırpın. Yumurta və şəkərin üçün un, kakao, qabartma tozu və vanil əlavə edib yaxşıca qarışdırın. Keks xəmiri özünü tutduqdan sonra keks nimçəsi ya da keks qəlibini yağlayın. Hazırladığımız qarışığı tökün. Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 35 dəqiqə bişirin.

Keks xəmiri bişərkən başqa bir tərəfdə yenə dərin bir kabın içinə krem şantini və südü qoyun. Mikserlə krem şaniti yaxşıca köpürüb özünə gələnə qədər çırpın. Hazırladığımız krem şantini soyuducuya qoyub bir az soyudun.

Kakaolu sous üçün bir qazana yuxarıdakı bütün vəsaitləri qoyun. qarışdıraraq bişirin. İndi gələk keksimizi hazırlamağa. Keksimiz bişdikdən sonra bir az soyuduruq. Otaq istiliyinə gəlincə, 2 stəkan südlə keksi isladırıq. Daha sonra krem şanitni keksin üstünü örtəcək şəkildə sürtürük. Bu şəkildə keksi soyuducunda yarım saata qədər soyuduruq. Daha sonra üzərinə kakao sousunu töküb servis. Nuş olsun.
Sevimli Xanım-Keks bişirərkən pik nöqtə: Keksin gözəl qabarması və qabaran keksin dərhal sönməməsi üçün keks bişərkən ilk 20 dəqiqə sobanın qapağını açmayın. Çünki ani istilik dəyişməsi keksin gözəl qabarmasını maneə törədir.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!