Almalı Şarlot

Almalı Şarlot
Yeməklər
10.09.2017 6
Vəsaitlər:
5 ədəd alma
4 ədəd yumurta
200gr şəkər
1 paket vanil
2 çay qaşığı qabartma tozu
150 qr un
Pudra şəkəri (üzəri üçün)
Yarım su stəkanı qırılmış qoz
1 yemək qaşığı darçın
Hazırlanışı:
Almaları soyaraq xırda-xırda doğrayın. Dərin bir qaba yumurtaları qıraraq şəkər ilə birlikdə yaxşıca çırpın. Qarışıq qabarıb, köpük- köpük olsun. Unu, qabartma tozunu və vanil də əlavə edərək keks xəmiri hazırlayın.Margarin ilə yağlamış olduğunuz boşqabın döşəməsinə alma dilimlərini düzün. Qırılmış qozları və darçını almaların üzərinə səpin. Keks xəmiri da ən üstə tökərək üzərini örtün. 180 dərəcə isidilmiş sobada üzəri qızarana qədər bişirin. Soyuduqdan sonra üzərinə pudra şəkəri səpərək xidmət edin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!