Bulqur köftəsi

Bulqur köftəsi
Yeməklər
10.09.2017 168
Vasitələr:
1 stəkan bulqur (yarma)
1 stəkan ilıq su
1 ədəd yumurta
1 stəkan un
1 qaşıq tomat
1 çay qaşığı kimyon, zövqə görə duz
 
Qatıq sousu üçün:
1 stəkan qatıq
3 diş əzilmiş sarımsaq
Sous üçün:
3 şorba qaşığı kərəyağı , tomat və pul bibər
Hazırlanması:
1 stəkan bulqurun üzərinə 1 stəkan ilıq su tökülür və 5 dəqiqə gözlədilir.Bulqur qabarana qədər 5 dəqiqə yoğurulur və 1 ədəd yumurta, 1 qaşıq tamat, kifayət qədər duz qoyulur, əl soyuq su ilə isladılaraq 1 stəkan un az-az əlavə olunaraq yumşaq bir xəmir olana qədər 10 dəqiqə daha yoğurulur.Fındıq böyüklüyündə köftələr düzəldilir.Qaynayan duzlu suya az-az atılır.Su mütləq qaynayır olmalıdır.Yarım saat qaynadıqdan sonra bişən köftələr boşqaba alınır.1 stəkan qatığa 3 diş sarımsaq əzilir .3 şorba qaşığı kərə yağı, 2 şorba qaşığı tamat və zövqə görə pul bibər əlave edilib qovrulur və sousları köftelerin üzərinə qatıb, isti halda süfrəyə verilir.
 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!