Sobada pendirli göbələk

Sobada pendirli göbələk
Yeməklər
10.09.2017 33
Sobada pendirli göbələk
Pendirli göbələyin 6-8 nəfərlik Bişmə müddəti 10-12 dəqiqə
İçindəkilər:
15-20 ədəd böyük ölçülü göbələk (mağazalarda satılan şampinyon)
3 xörək qaşığı sızma zeytun yağı
4 xörək qaşığı sürtkəcdən keçirilmiş təzə kaşar pendiri
1 çay qaşığı qırmızı pul bibər
1 çay qaşığı duz qara bibər
1 dəstə şüyüd
Hazırlanması:
 Göbələklərin üzərindəki torpaq qırıntılarını təmiz və nəmli bir əski yardımıyla silərək təmizləyin. Saplarını çıxarın, kəskin bıçaqla göbələklərdə çuxur açın. Soba qabını bir-iki xörək qaşığı duru yağla yağlayın. Göbələkləri soba qabının içinə çuxur tərəfləri yuxarı gələcək şəkildə sırayla yerləşdirin.
Digər tərəfdən zeytun yağını və rəndələnmiş kaşar pendirini bir qabda qarışdırın. Üzərinə qırmızı pul bibəri, qara bibəri, duzu səpin. Son olaraq incə doğranılmış şüyüdü əlavə edib qarışdırın.
Hazırladığınız qarışığı göbələklərin içinə doldurun. 5 dəqiqə öncədən 175 dərəcəlik sobada 10-12 dəqiqə bişirib çıxardın. İsti-isti servis edin.
 
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!