Evdə öz pizzanızı özünüz edin

Evdə öz pizzanızı özünüz edin
Yeməklər
10.09.2017 73
Evdə öz pizzanızı özünüz edin
Vəsaitlər: Tikə pizza xəmiri üçün: 175 qr un, 10 qr yaş maya, 3 qəhvə fincanı ilıq su, 5 qr duz, 2.5 qr şəkər tozu. Pomidor sous üçün: 5 pomidor, 1 soğan, 2 diş sarımsaq, 60 qr tomat pastası, 3 şorba qaşığı zeytun yağı. Üzəri üçün: 100 qr rəndələnilmiş mozzarella pendiri, 1 toyuq döş əti, 20 yaşıl zeytun, 1 çay stəkanı konserv qarğıdalı 100 qr göbələk, 1 şorba qaşığı acı sous. Hazırlanması: Bir qabda ilıq su, maya, duz və şəkəri qarışdırıb qabarıncaya qədər 15-20 dəqiqə gözlədin. Unu xəmir yoğurma qabına alıb ortasını hovuz kimi açın. Mayalı suyu əlavə edin. Üzərini nəmli bir bezlə örtüb mayalanması üçün 30 dəqiqə gözlədin. Mayalanan xəmiri təkrar yoğurun və 4 bərabər parçaya ayırın. Xəmirləri  20 sm diametrində açın. Pizza sousu üçün; soğan və sarımsaqları soyub doğrayın. Pomidorları rəndələyin. Zeytunyağını bir tavada istilədin. Soğan və sarımsaqları əlavə edib qovurun. Rəndələnilmiş pomidorları əlavə edib 5 dəqiqə bişirin. Tamat əlavə edib 5 dəqiqə daha bişirin. Pizza sousunu soyumağa buraxın. Toyuq ətini qaynadıb süzün və kub -  kub doğrayın. Yağlanmış soba nimçəsinə xəmirləri yerləşdirib üzərinə mozzarella pendiri səpin. Göbələkləri təmizləyib incə doğrayın. Zeytunu dilimlənin. Toyuq əti, yaşıl zeytun, qarğıdalı, göbələk və acı sousu bir qabda qarışdırıb pizzanın üzünü bəzəyin. Əvvəldən isidilmiş 200 dərəcəyə nizamlı sobada 8-10 dəqiqə bişirin. Dilimləyib xidmət edin.
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!