İspanaqlı pendirli börək

İspanaqlı pendirli börək
Yeməklər
10.09.2017 77
Vəsaitləri:5 yuxaYarım kq. ispanaq1 ədəd soğan + 3 yemək qaşığı zeytunyağı150 qr yağsız ağ pendir1 yumurta1 çay stəkanı zeytunyağı1 çay stəkanı suQara bibərDuzHazırlanması:İspanaqları yuyub, kiçik-kiçik doğrayın. Böyük bir qaba qoyub, üzərinə duz, qara bibər səpin.Soğanı üç yemək qaşığı zeytunyağında qovurun, dərhal ispanaqların üzərinə töküb, yaxşıca qarışdırın (qovrulmuş soğanlar ispanağın yumşalmasını təmin edir).Yumurta, zeytunyağı, su və bir az duzu çırpın.Yağladığınız nimçəyə bir yuxanı kənarları xaricə sallanacaq şəkildə yayın. Üzərinə yağlı qarışığınızdan sürtün. 1,5 yuxanı parça-parça bölüb, bütün yuxanın üzərinə döşəyin.Təkrar yağlı qarışımdan sürtüb, ispanaqlı qarışımınızı nimçənin hər tərəfinə yayın. Əzdiyiniz pendiri səpin. Təkrar 1,5 qat yayıb, yağlı qarışımdan istifadə edin. Geri qalan yuxanın ortasını bir əlinizlə tutub, nimçədən xaric olan kənarları qopardın və nimçəyə yayın. Yağı sürtün. Qalan bütün hissəni yayın. Ən altdan sallanan kənarları içə qatlayın. 180 dərəcə isidilmiş sobada qızarana qədər bişirin.İspanaqlı pendirli börək artıq hazırdır, nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!