Qırmızı mərcimək topları

Qırmızı mərcimək topları
Yeməklər
10.09.2017 96
[/b]
Türkiyəli xanımların 5 çayına hazırladıqları operativ qəlyanaltı çeşidlərindən biridir. Qırmızı mərciməkdən hazırlanır. Çox ləzzətlidir.
Türk mətbəxindən öyrəndiyim ilk təriflərdən biridir. Bəyənərək hazırlayıram. Sizin də bəyənəcəyinizdən əminəm.
8-10 nəfərlik Bişmə müddəti 15-20 dəqiqə

İçindəkilər:[/b]

2 stəkan qırmızı mərcimək
1,5 stəkan incə bulqur
3 baş quru soğan
3-4 qaşıq duru yağ
2 çay qaşığı qırmızı pul bibər
yarım dəstə şüyüd
yarım dəstə cəfəri
6-7 dəstə təzə yaşıl soğan
1 yemək qaşığı tomat

Hazırlanması:[/b]
Mərciməyi təmizləyib, yuyun; 3-4 stəkan su qoyub qaynadın. Soğanı incə doğrayıb yağda çox az – 1 dəqiqə qədər qovurun. Yaşıl soğanı, şüyüdü, cəfərini təmizləyib incə doğrayın. Bu arada incə bulquru ağzı qapaqlı bir qaba qoyun. Mərcimək bişdikdən sonra mərciməyi isti-isti bulqurun üzərinə tökərək qarışdırıb qapağı örtün və 10 dəqiqə gözlədin. Mərciməyin istisi bulquru bişirib qabardacaqdır.
Bulqur qabardıqdan sonra qovrulmuş soğan, duz, qırmızı bibər, qara bibər, tomatı qoyub qarışığı əllə yoğurun.
Son olaraq yaşıl soğan, cəfəri, şüyüd qatıb təkrar yoğurun. Ovuc içinə alaraq top şəklində sıxın və sırayla servis tabağına düzün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!