Türk mantısı

Türk mantısı
Yeməklər
10.09.2017 203
Xəmir üçün:
3-4 stəkan un
4 yumurta
1 çay stəkanı su
duz
İçlik:
2 soğan
400 qr qoyun qiyməsi (iki dəfə çəkilmiş)
duz, istiot
Üstu üçün
4 xörək qaşığı kərə yağı
sarımsaq
qatıq
sumax
nanə
pul bibər
Hazırlanması:
2 stəkan unu qaba ələyin, ortasını hovuz formasında açın. Yumurta, su və duz qatıb barmaq uclarınızla yoğurmağa başlayın. Tələb olunan qədər un əlavə edin, sərt konsistensiyalı bir xəmir əldə edənə qədər, uzun-uzun yoğurun. Kündələri bölün. Üzərini təmiz bir bezlə örtərək 15-20 dəqiqə saxlayın. Bu arada xərcini icliyi.  Soğanı xırda-xırda doğrayın və ya rəndələyin. Qıyma, duz, istiot ilə birlikdə bişirin.
Xəmiri, üzərinə un səpərək oxlov köməyi ilə 2 millimetr incəliyində açın. 2-3 santimetr enində kvadratlara bölün, ortasına noxud böyüklüyündə qiyməni qoyun. Uclarını üstdə yığaraq bağlayın. Qurumaması üçün üzərinə un səpib bez örtərək bir kənara qoyun. Geniş bir qazanda mantıların rahat qaynaya biləcəyi qədər su qaynadın. Bir az duz atın. Mantıları qaynar suya salın.
Yumşalıb suyun üzünə çıxana qədər bişirin. Kərə yağını kiçik bir tavada qızdırın. Mantıları qaba yığın.  Üzərinə sarımsaqlı qatıq və kərə yağını gəzdirin. Sumağını, nanəsini, istiotunu səpərək isti-isti yeyin.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!