Lavaş arası ət

Lavaş arası ət
Yeməklər
10.09.2017 75
 

 
 
 Lavaş arası ət hazırlamaq üçün ərzaqlar:
 750 qr. qoyun əti qiyməsı
750 qr. mal əti qiyməsı2 yumurta1 dilim boyat çörəkDuz, istiotküncüt1 soğan2 qaynadılmış yumurta1 kök1 çay qaşığı qaynadılmış yaşıl noxudÜstü üçün1 hazır lavaş1 yumurtanın sarısı30 qr. kərə yağı1 az kəklikotu1 stəkan pomidor suyuLavaş arası ətin hazırlanma qaydası Məlum olduğu kimi bəzi yeməklərin hazırlanması kifayət qədər zaman və əməyin hesabına başa gəlir. Təqdim etdiyimiz bu yemək də onlardan biridir… Kökün qabığını soyun və diri qalmaq şərti ilə qaynadıb süzün. İki yumurtanın sarısını ağından ayırın. Boyat çörəyin içini, doğranılmış soğanı, qıymaları, yumurta sarılarını duz və ədviyyatı bir-birinə qatıb yoğurun və yağlı kağızın üzərinə qoyun. Sonra alınmış kütləni kiçik təpəcik şəkilində açıb içinə iki soyutma yumurtanı, kökü və yaşıl noxudları yerləşdirin. Rulon şəklində büküb üzərinə yumurtanın ağlarını çəkin. Hazır lavaşı kəsib, əti bütünlüklə örtəcək şəkildə bükün. Üstünə yumurta sarısı çəkin, küncüt səpin. Orta dərəcəli sobada öz suyunda, arada bir çevirərək 1 saat yarım bişirin. Kərə yağını kiçik bir tavada əridib, pomidor suyunu və bir az kəklikotunu əlavə edib bir neçə dəqiqə qovurun. Bişmiş əti sobadan çıxardın. Dilimləyib pomidor sousu ilə birlikdə süfrəyə verin. Lavaş arası ət artıq hazırdır.
Nuş olsun! :nyam:
Redaktə etdi: PURE LOVEскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!