Ciyər çöp şişdə

Ciyər çöp şişdə
Yeməklər
10.09.2017 74
Ciyər çöp şişdə
Ərzaqlar:
350 qr ciyər2 ədəd yaşıl bibər1 ədəd qırmızı bibər5-6 ədəd kiçik boy soğan və ya 1 ədəd orta boy soğan3 xörək qaşığı zeytun yağı1 çay qaşığı sumaxyarım çay qaşığı qırmızı toz bibərduz+istiotHazırlanması:350 qr ciyəri böyük kublar şəklində doğrayıb, yaxşıca yuyaraq, süzülməyə qoyun.Qabığını soyduğunuz 1 ədəd soğanın yarısını dilimlər şəkilndə kəsin. Hər bir dilimi təkrar iki yerə bölün, soğan dilimlərini birbirindən ayırın.Daha sonra yaşıl bibərlərin saplarını kəsib, böyük parçalar halında doğrayın. Qırmızı bibərin də sapını kəsib, təmizləyib, böyük kublar şəklində doğrayın.Doğradığınız ciyərləri bir qaba yığıb, üzərinə zeytun yağı, duz və ədviyyatları əlavə edin.Eyni zamanda doğradığınız soğanları da bir qaba yığıb, üzərinə 1 çay qaşığı sumax səpib, 1/2 yemek qaşığı zeytun yağı tökün.Ciyərləri ve sonra da soğanları əlinizlə qarışdırın.Ardından şişlərə sıra ilə bir parça ciyər, soğan, qırmızı bibər və yaşıl bibər düzüb, bu işli bir neçə dəfə təkrarladıqdan sonra şişə yenə bir parça ciyər keçirin. Bu işli əlinizdəki ərzaqlar bitənə qədər təkrarlayın.Hazırladığınız ciyər şişleri yağlanmış soba qabına düzüb, öncədən isidilmiş 190 dərəcəlik sobaya qoyub, hər iki üzü qızarana qədərr bişirin.Bişirdiyiniz ciyər şişlərini sobadan çıxardıb, buluda qoyub,  isti-isti süfrəyə verin.
p.s.çöp şişləri böyük marketlərdən tapa bilərsiz.Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!