Kiyev kotleti

Kiyev kotleti
Yeməklər
10.09.2017 94
 
Kiyev kotleti

İnqradientlər: toyuğun döş əti 50 q kərə yağı göyərti (cəfəri, şüyüd) 1/2 limon 1 yumurta duz bitki yağı suxarı Göyərtini xırda doğrayın, kərə yağıyla qarışdırın. Bunu sellofanın köməyilə kötük kimi yumrulayıb dondurucuya qoyun. Toyuğun döş ətini iki hissəyə (böyük və balaca) bölün. Pərdələrini təmizləyin. Böyük hissəni içi üzüyuxarı olmaqla sellofanın üstünə qoyun, balaca hissəni də onun üstünə və birlikdə döyün. Duzlayın. Böyük hissənin üstünə göyərtiylə qarışdırdığınız kərə yağını qoyun. Balaca hissəni bunun üstünə qoyun, altdakı hissəni üstünə qatlayıb kotlet kimi bükün. Sellofanın köməyilə ona oval forma verin. Hazır kotletləri soyuducuya qoyun. Yumurtanı çalın, azca duz vurun. Kotletləri soyuducudan çıxarın. Yumurtaya, sonra suxarıya batırın. Sonra bu prosesi bir dəfə də təkrar edin. Qaynayan yağa salıb 7-10 dəqiqə qızardın. Hazır kotletləri salfetin üzərinə düzün ki, yağı axsın. Nuş olsun!  :eda:
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!