Gözləmə - RESEPT

Gözləmə - RESEPT
Yeməklər
10.09.2017 34
Ərzaqlar:3 fincan un 0,5 st. qatıq zərdabı (qatığı kəsərkən çıxan suyu)su1 ç.q. duzİç: 3 kartof1 soğan cəfəri qırmızı istiotqara istiot duzÜzərinə: kərə yağı Hazırlanması:Xəmir üçün lazım olan ərzağı qarışdırıb yoğurun. Gözləmə xəmiri yumşaq, elastik olmalıdır. 7 kündə tutub aş boşqabı böyüklüyündə yayın. İç üçün: 
Çiy kartofu çips nazikliyində doğrayın. Soğan və cəfərini xırda doğrayıb kartofun üzərinə səpin. Duz, qara və qırmızı istiot əlavə edib qarışdırın. Yaydığınız yuxaların içinə qoyun, aypara kimi bükün. Gözləmələri sacın üstünə qoyun, vam odda içi bişənə qədər bişirin (kartof çiy olduğu üçün yaxşı bişirilməlidir). Bişmiş gözləmələrin üzərinə kərə yağı çəkin. Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!