Darçınlı quru lobya

Darçınlı quru lobya
Yeməklər
10.09.2017 41
Darçınlı quru lobya
Türkiyə mətbəxinə zeytunyağlı yemək mədəniyyəti yunanlardan keçib. Zeytunyağlı yeməklər Egey dənizi və Ağ dəniz bölgəsində yaşayan türk insanının süfrəsində başda gəlir. Ləzzəti ilə damaqlarda dadı qalan zeytunyağlı yeməkləri siz də sevəcəksiniz.
Sizlərlə paylaşdığım ilk zeytunyağlı tərifi – darçınlı quru lobya yeməyidir.
6 nəfərlik Bişmə müddəti 30 dəqiqə
İçindəkilər:
2 stəkan iri ölçülü quru lobya
3 ədəd orta ölçülü quru soğan
1 stəkan zeytun yağı
6 diş sarımsaq
1 çay qaşığı tomat
1 ədəd orta ölçülü kartof
1 ədəd orta ölçülü yerkökü
8 ədəd kəsməşəkər
5 stəkan isti su
1 çay qaşığı duz
1 çay qaşığı darçın
1 dəfnə yarpağı
Hazırlanması:
Axşamdan bol soyuq suyla isladıb yumşaltdığmız quru lobyanı ertəsi gün yuyub süzün. Digər tərəfdə, zeytun yağını orta ölçülü dəmir bir qazana qoyun. Üzərinə incə kub-kub, yemək üçün doğradığınız soğanları və ikiyə böldüyünüz sarım-saqları əlavə etdikdən sonra qazanı orta dərəcədəki ocağın üzərinə qoyun.
Taxta qaşıqla dayanmadan 2-3 dəqiqə soğan və sarımsaqları qovurun. Yerkökünü soyub ortadan ikiyə bölün və yarım ay şəklində doğrayın. Yerkökü və tomatı qovrulan soğanların üzərinə əlavə edin. Kartofu soyub bütün olaraq qazana qoyun. Süzdüyünüz quru lobyanı da əlavə edib 2-3 dəqiqə daha qovurun. Dəfnə yarpağını qazana əlavə edin. Üzərinə 5 stəkan isti su töküb kəsmə şəkər, duz və darçını səpib qarışdırın. Orta dərəcəli ocaqda qazanın qapağı açıq şəkildə yemək qaynayana qədər bişirin.
Yemək qaynamağa başlayan kimi ocağın altmı xeyli zəiflədin (vam od). Bu şəkildə -25-30 dəqiqə lobyalar yumşalana qədər bişirin və ocaqdan alın. Soyuduqdan sonra içindəki kartofu alın. Üzərini cəfəri ilə bəzəyib servis edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!