Ətsiz quru noxud yeməyi

Ətsiz quru noxud yeməyi
Yeməklər
10.09.2017 127
[/b]
 
Quru noxud yeməyi ət əlavə edilmədən hazırlanır. Çox sadə tərifi
var. Yanında düyü qarniri və ya bulqur plovu servis edə bilərsiniz.

6 nəfərlik Bişmə müddəti 15-20 dəqiqə


İçindəkilər


2 stəkan öncədən isladılmış noxud
2 baş quru soğan
2 xörək qaşığı duru yağ
2-3 pomidor və ya 1 xörək qaşığı tomat
3-4 ədəd sarımsaq dişi
1 ədəd kiçik qırmızı acı bibər
yetəri qədər duz

Hazırlanması:
Noxudları öncədən isladın, yarıbişənə qədər qaynadın. Qabıqlarını təmizləyin.
Bir tərəfdə orta boy geniş qazanın içinə yağı, incə doğranmış soğan
və sarımsaqları əlavə edib qovurun. Tamatı və ya qabıqları soyulmuş və
doğranmış pomidorları əlavə edib birlikdə qovurmağa davam edin. Üzərinə
hazırladığınız noxudları qataraq, qarışdırın. Üzərinə az keçəcək
şəkildə isti su əlavə edin.

Noxudlar yumşalana qədər bişirin.
[b]Ən son duzunu atıb ocağın altını söndürün. İsti-isti servis edin.



Redakte etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!