Kartof kotleti

Kartof kotleti
Yeməklər
10.09.2017 68
 Tərkibi (10 ədəd): 
1 kq kartof
2 baş soğan 
2 yumurta 
2 x.q. un 
4 x.q. bitki yağı 
duz 
Kartofu soyun, duzlu suda tam yumşalanacan bişirin. Suyu süzün. Kartofu qazana yığıb isti plitənin üstündə 5 dəqiqə saxlayın (qurusun deyə).
Kartof quruyandan sonra ondan isti-isti püre hazırlayın: əzin, azca soyudun. 
Bu müddətdə soğanı təmizləyib xırda doğrayın, bitki yağında qızılı rəng alanadək qovurun. 
Kartofa yumurta, qovrulmuş soğan əlavə edib yaxşıca qarışdırın. Kotletlər hazırlayıb una batırın. Bitki yağındaqızlı rəng alanadək qızardın.
 
Nuş olsun! :eda: скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!